Bakıda avtomobillərin təhlükəsiz mobilə doğru addımları mövzusunda konfrans keçirilib. Tədbir Dövlət Gömrük Komitəsi, Prezident yanında Antiinhisar və İstehlak Bazarının Nəzarəti Dövlət Agentliyi, Dövlət Vergi Xidməti, Dövlət Yol Polisi, Daxili İşlər Nazirliyinin nəqliyyatın intellektual idarəetmə mərkəzi, Azərbaycan Gömrük Agentliyi, İcbari Sığorta Bürosunun sabiq baş tərcüməçisi Vaqif Əsədov, "Avtosfer.az"ın rəhbəri Elmeddin Muradi və digər qurumların nümayəndələrinin iştirakı ilə baş tutub.
Konfransın əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təminatı və nəqliyyat vasitələrinin sazlığı mövzusunda sürücülərin maarifləndirilməsi olub.
Tədbirdə vurğulanıb ki, region üçün uyğun olmayan avtomobil modelləri, qeyri-orijinal ehtiyat hissələri və onların yaratdığı risklər dövlət qurumları və ictimaiyyət nümayəndələri tərəfindən sürücülərə çatdırılıb.
Vaqif Əsədov bildirib ki, bu kimi mənfi halların qarşısını almaq üçün insanlar istər sosial şəbəkə, istərsə də verilən elanlar əsasında öz fikrini cəmləməlidir. O əlavə edib ki, ən azından nəqliyyat vasitəsi əldə etmək istəyən yalnız zəmanət verən şirkətlərə üstünlük verməlidir. "Zəmanət verən şirkətlər eyni zamanda nəqliyyat vasitəsinin istismar edilməsi ilə bağlı ehtiyat hissələrində də tədbirlər görməlidir. Buna görə də bu cür tədbirlərin keçirilməsi və ictimaiyyətin məlumatlandırılması vacibdir. Çünki bu gün bilirik ki, istismar edilən avtomobillərə lazım olan ehtiyat hissələri də servis tələbi olmalıdır və bu ehtiyat hissələri də texniki nasazlıq yaranmamalıdır. Ona görə də servisə müraciət eləyib servislərdən avtomobillərin alınması məqsədəuyğundur və gətirilən ehtiyat hissələri də tələblərə uyğun olmalıdır," - deyə Vaqif Əsədov qeyd edib.
Elmeddin Muradi isə bildirib ki, bəzən qəfil alışmaların əsas səbəbi keyfiyyətsiz ehtiyat hissələridir. "Çox vaxt avtomobillər qəza vəziyyətinə düşür. Hətta dayandığı yerdə yanan maşınları görürük. Bunun hamısının əsas səbəbi keyfiyyətsiz ehtiyat hissələridir ki, bu da bazarda açıq şəkildə satılır və öz zərərini vurmaqda davam edir. İnsanlar fərqinə varmırlar ki, bu ehtiyat hissəsindən istifadə etmək təhlükəlidir. Bəzən də sürücülər gedib hansısa maşınla toqquşub maşında kimsə ölür. Və buna görə adamlar gedib həbsxana həyatı yaşayır. Digər bir mövzumuz isə boz bazar deyilən bir anlayışdır. Bu boz bazar artıq rəsmi dililərlə ciddi şəkildə narahat etməyə başlayır."
Muradi əlavə edib ki, Avropa versiyasını rəsmi dililərlə gətirib satırlar. "Eyni modelin Avropa versiyasını rəsmi dililərlə gətirib satırlar. Təbii ki, bu seqmentdə avtomobillər 2-3 min, 5 min dollar baha olur. Amma eyni modelin Çin versiyasını alverçilər gətirirlər kütləvi şəkildə və müəyyən bir məbləğ aşağı qiymət qoyan kimi də cəlbedici olur və insanlar ona üstünlük verirlər."