Tanınmış iş adamı Acun Ilıcalının prodüseri olduğu məşhur "Survivor Yunanıstan" yarışmasının 2026-cı il finalı ciddi hadisələrlə yadda qalıb. Mövsüm ərzində ağır qəza keçirərək ayağı amputasiya olunan iştirakçı Stavros Floros final şurasında çempion elan edilib.
Dominikan Respublikasında çəkilişlər zamanı baş verən qayıq qəzasında Floros ağır xəsarət alıb və nəticədə ayaqlarından biri amputasiya edilib.
Final gecəsində açıqlanan nəticələrə əsasən, prodüser heyətinin "əsl Survivor" adlandırdığı Stavros Floros mövsümün qalibi seçilib və 250 min avro məbləğində əsas mükafata layiq görülüb. Final zamanı duyğusal anlar da yaşanıb.