Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudova amnistiya aktı şamil olunub.
RTV APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Azər Maqsudov cəzadan azad olunub.
Maqsudovun vəkili Musa Abdinov məlumatı təsdiqləyib.
Xatırladaq ki, Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Azər Maqsudov nəqliyyat vasitəsini bir il idarə etmək hüququndan məhrum edilməklə dörd il müddətinə azadlıqdan məhrum edilmişdi.
Yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.