Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirib. RTV-nin APA-ya istinadən verdiyi xəbərə görə, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğum sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə hospitalizasiya olunub.
Hamilə qıza 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20-də cinsi kişi, çəkisi 1900 qram, boyu 44 santimetr olan uşaq dünyaya gətirib.
Ana və uşağın vəziyyəti dəyərləndirilərək müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahi kafi vəziyyətdə aprelin 14-də mamaginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.
Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi kimi hüquq-mühafizə orqanlarına məlumat verilib.