Azərbaycanda analar və uşaqlar üçün milyonluq TENDER - RTV

Azərbaycanda anaların və uşaqların sağlamlığının yaxşılaşdırılması, həmçinin uşaqların icbari dispanserizasiyadan keçirilməsi məqsədilə dövlət proqramının icrasına başlanılıb. Bu proqram çərçivəsində tibbi vasitələrin satın alınması üçün açıq tender elan edilib.

Tenderin dəyəri 2 milyon 558 min 260 manat təşkil edir. Müsabiqənin sənədlərinə əsasən, satın alınma çərçivəsində ümumilikdə 85 adda tibbi vasitənin alınması nəzərdə tutulur.

Sözügedən dövlət proqramı uşaqlarda xəstəliklərin erkən aşkarlanması, onların mütəmadi tibbi müayinədən keçirilməsi və tibb müəssisələrinin müasir avadanlıqlarla təmin olunması kimi məqsədləri hədəfləyir.