Azərbaycanda avtonom nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Bu qanun layihəsinə əsasən, avtonom nəqliyyat vasitələrinin avtomatik idarəetmə sisteminin fəaliyyətini nəzərə alaraq, bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq.
Bundan başqa, avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda, avtonom nəqliyyat vasitəsinin bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsdən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.