Azərbaycanda əhalinin gəlirləri ARTIB - RƏSMİ - RTV

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində ölkə əhalisinin nominal gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artaraq 47 milyard 309 milyon manata çatıb.

Məlumatda qeyd olunur ki, əhalinin sərəncamında qalan gəlirləri isə 41 milyard 768,6 milyon manat təşkil edib.

Hər nəfərə düşən orta aylıq əmək haqqı isə 767 manat 90 qəpik olub.