Azərbaycan ərazisində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanlar bu gün saat 15:01-də Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ Qəbələ rayonunda hiss olunub.
Həmçinin, zəlzələ İsmayıllı, Zaqatala və digər rayonlarda da hiss edilib. 5.1 bal maqnitudalı zəlzələnin episentri yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.