Mingəçevir şəhərində yerləşən hoteldə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində otelin birinci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sauna 35 kvadrat metr sahədə yanıb. Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.