Azərbaycanda 2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu hallarda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydiyyata alınan uşaqların sayı 185 nəfər təşkil edib.
RTV-nin Modern.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyinə məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin ilk üç ayı ərzində isə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 42 nəfər uşaq anasının soyadı ilə qeydə alınıb.