Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI - RTV

2023-cü ilin ilk 6 ayında ailədə, məişət zorakılığı ilə bağlı 292 müraciət daxil olub. Bu müraciətlərdən 230-u qadınlar, 47-si kişilər, 15-i isə uşaqlar tərəfindən edilib.

Dövlət Komitəsinin məlumatına görə, müraciətlərin əksəriyyəti fiziki və psixoloji zorakılıq, bir qismi isə iqtisadi zorakılıq halları ilə bağlıdır.

Zərər çəkən şəxslərə hüquqi, psixoloji və sosial dəstək göstərilib. Zərurət yarandıqda isə aidiyyəti qurumlarla birgə mühafizə və müdafiə tədbirləri həyata keçirilib.

Dövlət Komitəsi bildirib ki, zorakılıqla mübarizədə hüquqi müdaxilə ilə yanaşı maarifləndirmə və erkən müdaxilə tədbirləri də əsas prioritetlər sırasındadır.