Zaqatalada Tola çayından sel keçir. Yağan yağışlar nəticəsində çayda suyun səviyyəsi xeyli artıb. Sel nəticəsində yuxarı Talanın Qırğılı adlanan ərazisində 50 metrə yaxın sahil mühafizə bəndi dağılıb. Yolağzı kəndində vəziyyət kritik həddə çatıb. Kəndə giriş-çıxış məhdudlaşıb. Nəqliyyatın hərəkəti dayanıb.
Yerli sakinlərin sözlərinə görə, bu gün kənddəki mağazalara çörək, digər ərzaqların gətirilməsi mümkün olmayıb. Sakinlər hazırda çıxılmaz vəziyyətdə olduqlarını bildirərək aidiyyəti qurumlardan təcili tədbir görülməsini xahiş ediblər.