Ureki şəhərində baş verən faciə nəticəsində 21 yaşlı gənc Qara dənizdə boğularaq həyatını itirib.
Hadisə iyunun 18-də Urekidə Qara dənizdə baş verib. Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev dənizdə batıb.
Xilasedicilər dörd gənci sudan çıxarsalar da, onlardan birinin, Elnur Nəbiyevin həyatını xilas etmək mümkün olmayıb.