Gürcüstanda yol qəzası nəticəsində azərbaycanlı şəxs həyatını itirib.
RTV-nin məlumatına görə, hadisə Bolnisi rayonunun Saraçol kəndində qeydə alınıb. Miniavtombil idarəetmədən çıxaraq yol kənarına aşıb və ağaca çırpılıb.
Qəza nəticəsində Saraçol kənd sakini, 40 yaşlı Əhliman Abdullayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.