Azyaşlı uşaqları azərbaycanlı ailəyə qaytarıldı - RTV

Ötən il xaricdə yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əllərindən alınan iki övladı Dəniz və Araz Abdullayevlər ailəyə qaytarılıb.

Bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib. O, təxminən bir ildir davam edən məhkəmə prosesində hər şeyin sübut olunduğunu və uşaqları geri aldıqlarını bildirib.

Gültac Abdullayeva əlavə edib ki, bu məsələdə onların hüquqlarını Almaniyada yaşayan azərbaycanlı vəkil müdafiə edib.