Bacısını yatdığı yerdə güllələdi, cəzadan azad edildi - RTV

Sabirabad rayonunda 1986-cı ildə anadan olmuş Murtuz Məmmədov bacısını yatdığı yerdə güllələyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Məmmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyən olunub və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

Hadisə rayonun Qardaşkənd kəndində baş verib. Məmmədov ov tüfəngi əldə edərək səhər saatlarında bir evdə yatan bacısı Ülviyyə Məmmədovanın yataq otağına daxil olub. O, bacısını boğaz nahiyəsindən iki dəfə atəş açaraq qətlə yetirib. Hadisədən sonra Məmmədov silahla birlikdə evdən qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.