Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını pozub. Avtomobili idarə edən qadın qayda pozuntusunu əks etdirən videonu şəxsi sosial media hesabında paylaşıb.
Bildirilir ki, görüntünü paylaşan İlahə Xuduqızı özəl bağçalardan birinin müdirəsi və inkişaf mərkəzinin rəhbəridir. Video kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi müşahidə olunur. Qanunvericiliyə əsasən, bu yaşda uşaqların avtomobilin ön oturacağında oturmasına icazə verilmir.
Bundan əlavə, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükan idarəetməsindən çəkib.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma başladılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən qeyd olunub:
"Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət deyil, həm də azyaşlıların həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki