Bakı metrosunun bağlanmasının SƏBƏBİ AÇIQLANDI - RTV

Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. İlkin məlumatlara əsasən, bu gün saat 12:10-da Ulduz-Nərimanov mənzilində təmas reysinə yüksək gərginliyin verilməsindən nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə Ulduz və Nərimanov stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların Nərimanov-Əhmədli istiqamətində hərəkəti məhdudlaşdırılıb. Təxminən saat yarımlıq prosesdən sonra problem aradan qaldırılıb.

Məsələ ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlama verib:

"Hadisə saat 12:10 radələrində Ulduz-Nərimanov mənzilində tuneldə kabeldə olan qısa qapanma nəticəsində qatarların əsas enerji mənbəyi olan təmas reysinə gərginliyin verilməsinin kəsilməsi nəticəsində olub. Hadisə nəticəsində hər hansısa bir sərnişin xəsarət almayıb. Ümumiyyətlə, hadisə baş verən kimi Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal bütün stansiyalara müv