Bakı-Tbilisi-Bakı marşrutu üzrə bu qədər bilet satıldı - RTV

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.

Azərbaycan Dəmir Yollarının məlumatına görə, Bakıdan 400-dən, Tbilisidən isə 500-dən artıq bilet alınıb. Yüksək tələbat nəzərə alınaraq, Bakıdan yola düşəcək ilk qatara əlavə bir vaqon qoşulub.

Qurum bildirir ki, biletlərə artan maraq səbəbindən satış sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur. Sərnişinlərdən yaranan müvəqqəti çətinliyi anlayışla qarşılamaq xahiş edilir.

Xatırladaq ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlar Bakıdan mayın 25-də, Tbilisidən isə mayın 26-da hərəkətə başlayacaq.