Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - RTV

Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb. Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, Bakı-Tbilisi istiqamətində bilet qiymətləri 81 manatdan başlayır. Yevlax-Tbilisi marşrutu üzrə səyahət 67 manat, Gəncə-Tbilisi istiqaməti 62 manat, Ağstafa-Tbilisi isə 57 manat təşkil edir.

Böyük Kəsik-Qardabani marşrutu üzrə bilet qiymətləri 51 manatdan başlayır.