Bakıda 100 min “bina” söküləcək? - Rəsmi - RTV

Bakı şəhərinin baş planında 100 min binanın söküləcəyinə dair heç bir məlumat yoxdur. Bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Komitənin mətbuat xidməti mediada Bakının baş planına əsasən 100 min binanın söküləcəyinə dair dərc edilən xəbərlərin yanlış olduğunu bildirib. Məlumatda vurğulanıb:

"Baş planda belə bir məlumat öz əksini tapmır və bu informasiya komitə tərəfindən verilməyib."

Qeyd olunur ki, yayılan bu məlumatlar həqiqəti əks etdirmir.