Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli məktəbdə bıçaqlanma hadisəsi baş verdiyi iddia edilir.
Məlumatlara görə, 11-ci sinif şagirdlərindən biri digərini bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Məktəbin direktoru polis şöbəsinə çağırılaraq dindirilib.
Hazırda faktla bağlı araşdırma aparılır. Məsələ ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsinə və Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma davam etdirilir.