Bakıda 35 dərəcə isti, bu rayonlarda güclü leysan - Sabahın havası - RTV

İyulun 17-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu bölgələrdə hava yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz isə 30-35 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da hava yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı ehtimal olunur. Qeyd olunur ki, ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli intensiv yağış, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Dağlarda gecə 14-18, gündüz isə 20-24 dərəcə isti olacaq. Şərq rayonlarında gecə 23-27, gündüz isə 34-38 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlıq rayonlarda isə gecə 14-18, gündüz isə 22-27 dərəcə isti olacağı gözlənilir.