Bakıda bəzi evlər SÖKÜLƏCƏK - KOMPENSASİYA ÖDƏNİLƏCƏK - RTV

Bakının Xətai rayonu ərazisində su kollektorunun üzərində tikilmiş 22 ev aşkarlanıb. Bu evlər magistral su xəttinin keçdiyi ərazidə yerləşdiyi üçün sökülməsi planlaşdırılır.

Xətai rayon prokuroru Sərdar İmanov bildirib:

"Həmin evlər vaxtilə su idarəsinin razılığı ilə inşa edilib."

Qeyd edilib ki, evlərin yerləşdiyi ərazidən magistral su xətti keçdiyi üçün NZS qəsəbəsindəki bu evlər söküləcək. Sakinlərə kompensasiya veriləcək. Hazırda sakinlərin razılığı əsasında köçürülmə işləri aparılır.

Keşlə və NZS qəsəbələrində gələcəkdə problemlərin qarşısını almaq məqsədilə yeni kollektor çəkilir. Eyni zamanda, illər əvvəl tikilmiş bəzi evlərin mərhələli şəkildə rəsmiləşdirildiyi də vurğulanıb.