Bakıda yeddi müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində və Səməd Vurğun küçəsində 9-11 may tarixlərində aidiyyatı qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət səbəbindən 39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti ilə hərəkət edəcək.
61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edəcək.