Bakıda bu ərazilərdə parklama qadağan olundu - RTV

Bakıda bəzi parklama məntəqələrində nəqliyyat vasitələrinin saxlanmasına məhdudiyyətlər tətbiq ediləcək.

Bu barədə "AzParkinq" MMC məlumat yayıb. Bildirilir ki, paytaxtda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun təşkili ilə əlaqədar olaraq bir neçə mərkəzi ərazidə parklama qadağaları tətbiq olunacaq.

Məhdudiyyətlərdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı parklama məntəqələrini əhatə edəcək. Eyni zamanda, Nərimanov rayonunun Zaur Nudirəliyev küçəsində də nəqliyyat vasitələrinin parkinqinə məhdudiyyətlər qoyulacaq.