Bakıda DƏHŞƏT: Gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi - RTV

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib. Hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə, həm yerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobilinə əyləşərək zərərçəkişi üzərindən bir neçə dəfə keçib.

Nəticədə Azər Şahmuradov hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlərinin nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.

Qəsəbə sakinləri bildiriblər ki, hadisəyə səbəb Asif Nağıyevin həyat yoldaşının bacısı oğlu, 1983-cü il təvəllüdlü Azər Şahmuradovla aralarında yaranan narazılıq olub.