Bakıda faciəvi hadisə baş verib. Nərimanov rayonu ərazisində qadın yaşadığı binadan yıxılaraq dünyasını dəyişib. Hadisə RTV tərəfindən işıqlandırılıb.
Məlumatlara görə, 67 yaşlı Qərənfil İdris qızı Sadıqova dördüncü mərtəbədən yıxılıb. Bildirilir ki, mərhum Parkinson xəstəliyindən əziyyət çəkirmiş.
Hazırda faktla bağlı araşdırma aparılır.