Bakıda dəhşətli cinayət: Zəhərli maddə ilə TUTULDULAR - RTV

Binəqədi rayonunda zəhərli maddə satan şəxslər saxlanılıb. Binəqədi rayon polis idarəsinə naməlum şəxslərin zəhərli kimyəvi maddə satmaq cəhdləri barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Onlardan ümumilikdə 970 qram ağır metal olan civə aşkaredilərək götürülüb. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam edir.