Bakıda avtobus piyadanı vuraraq öldürüb.
Hadisə aprelin 24-də paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Əl-Əşrəf Xalidddin oğlu Əliyev idarə etdiyi avtobusla yolu keçmək istəyən piyada Firuddin Vəlioğlu Hacıyevi vurub. Hacıyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.