Bakının Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qızı, 24 yaşlı Abdullayeva müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Abdullayeva taladığı qızıl zinət əşyalarını satıb. O, əldə etdiyi pulla gözəllik salonu açıb və qalan vəsaiti sevgilisi ilə xərcləyib.
Faktla bağlı araşdırma davam etdirilir.