Bakıda güclü külək bu vaxta qədər əsəcək - RTV

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan şimal-qərb küləyi sabahdan cənuba doğru zəifləyəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, şimal-qərb küləyi iyulun 17-si tədricən zəifləyəcək.