Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın havası - RTV

Sabah, iyulun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv xarakter alacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlarda isə yağıntıların güclənəcəyi ehtimal olunur.

Dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti olacaq. Digər rayonlarda gecə 21-26, gündüz 34-39 dərəcə isti gözlənilir.

Dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti olacaq. Qərb rayonlarında isə gecə 14-18, gündüz 22-27 dərəcə isti olacaq.