Bakıın Binəqədi rayonunda yerləşən bir oteldə ölüm hadisəsi qeydə alınıb. Hadisə bu ilin avqust ayının 8-i saat 19:00 radələrində baş verib. Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Bayramovun üzərində zorakılıq əlamətləri olmayan meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən oteldə tapılıb. Ölümün səbəbi hələlik məlum deyil.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.