Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu prospekti, Rəhimov küçəsində yerləşən oteldə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelin birinci mərtəbəsində, ümumi sahəsi 300 kvadrat metr olan saunada baş vermiş yanğının genişlənməsinə və otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən otelin qonaqları təxliyə olunub.
Xəsarət alan olmayıb.