Bakının Sabunçu rayonunda dəhşətli hadisə baş verib. 35 yaşlı Vüsal Lütfiyev keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.
RTV-nin əldə etdiyi məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Vüsal Lütfiyev qızının ad günü münasibətilə anasını görmək üçün Ramana qəsəbəsinə gəlib. Lakin onun keçmiş həyat yoldaşı Xəyalə və qayınanası İradə, Vüsalın işləməsi üçün həyat yoldaşı ilə birgə yaşamağı təklif ediblər. Bu təklifdən hiddətlənən Vüsal Lütfiyev əvvəlcə qayınanası İradəni bıçaqla boğazından kəsib, daha sonra keçmiş həyat yoldaşı Xəyalənin ürəyinə bıçaq zərbəsi vurub. Hadisələr Vüsalın iki azyaşlı övladının gözləri qarşısında baş verib.
Hadisədən xəbər tutan qonşular polisə məlumat veriblər. Qaçmaq istəyən Vüsal Lütfiyev qonşunun həyətinə tullanıb. Bu zaman əllərində deşilmiş xəsarətlər alan Vüsal, qonşunun həyətindən digər qonşunun həyatına keçib. Orada Vüsal Lütfiyevin özünə məxsus "Astra" markalı avtomobilinin qapısının ipi ilə ağacdan asılmış meyiti aşkarlanıb.
Məlumata görə, Vüsal Lütfiyev və keçmiş həyat yoldaşı Xəyalə uzun müddətdir ki, ayrı yaşayırmışlar. Xəyalənin anası Vüsalı işləməsi üçün həyat yoldaşı ilə birgə yaşamağa razı salmaq istəyərkən hadisə baş verib. Hadisədən üç gün əvvəl isə Xəyalə boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
Qeyd edək ki, ölən hər üç şəxs Şəkər qəsəbəsində dəfn edilib.