Bakıda konserti planlaşdırılan məşhur müğənni SAXLANILDI - Türkiyədə yeni əməliyyat - RTV

Türkiyədə məşhurları hədəf alan narkotik əməliyyatı çərçivəsində yeni əməliyyat keçirilib. Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat nəticəsində 25 nəfər saxlanılıb.

Saxlanılanlar arasında “Mabel Matiz” kimi tanınan məşhur türk müğənni Fatih Karaca, aktrisalar Serenay Sarıkaya və Feyza Çıvelek də var.

Qeyd edək ki, saxlanılanlar arasında olan Fatih Karacanın 24 oktyabr 2026-cı il tarixində Bakıda konserti planlaşdırılır. Konsert üçün biletlər artıq satışa çıxarılıb.