Ötən gecə Bakıda güclü külək bir sıra fəsadlara səbəb olub. Hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov Mall Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.
Məlumata görə, güclü külək nəticəsində Bakıxanov Mall Ticarət Mərkəzinin dam örtüyü uçub. Damdan qopan böyük dəmir parçaları yola və park edilmiş avtomobillərin üzərinə düşüb.
Bu barədə məlumat RTV tərəfindən yayımlanıb.