Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - RTV

Bakı şəhərinin Suraxanı rayonu, Əmirəncən qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. 113 nömrəli marşrut xətti üzrə hərəkət edən Karsan markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə ilə bağlı TƏBİB-dən (Tibbəzi Ərazi Birliklərini İdarəetmə Birliyi) verilən məlumata görə, 1 iyul 2023-cü il tarixində saat 10:30 radələrində 11 nəfər Sabunçu Tibb Mərkəzinin təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.