Nazir əmr imzaladı - RTV

Fövqəladə Hallar Nazirliyinin strukturunda dəyişiklik edilib.

RTV xəbər yayır ki, Fövqəladə Hallar Nazirinin müvafiq əmri ilə nazirliyin general vəzifəsindən azad edilib.

Nazir general polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya hissəsinin rəisi general mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə nazirliyin baş hərbi eksperti general mayor Fərhad Səmədov Milli Aviasiya hissəsinə təyin olunub.

Fərhad Səmədov uzun illərdir nazirlikdə işləyir.

O, bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işlərinin təşkili idarəsinin başçısı vəzifəsini icra edirdi.