Bakı şəhəri Ziya Bünyadov ünvanında yerləşən İdrak liseyində silahlı insident baş verib. Liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.