Bakının Sabunçu rayonunda yerləşən 293 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən gün saat 23:50 radələrində qeydə alınıb.
2004-cü il təvəllüdlü Hüseynov Şamil Əmir oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.
Onun qollarına və döş qəfəsinə dörd bıçaq xəsarəti yetirilib.
Yaralı ağır vəziyyətdə Sabunçu Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Ağır vəziyyətdə olan xəstəxanaya çatdırılıb və müalicəsi davam etdirilir.
Qeyd olunur ki, yaralının vəziyyəti ağırdır.
Hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır.
İlkin araşdırmalar zamanı 22 yaşlı şübhəli şəxs müəyyən olunaraq saxlanılıb.