Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu barədə RTV telekanalına Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
İlkin məlumata əsasən, bu gün saat 12:00 radələrində Ulduz-Nərimanov mənzilində təmas reysinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə Ulduz və Nərimanov stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir.
Hadisə səbəbindən qatarların Nərimanov-Əhmədli istiqamətində hərəkəti məhdudlaşdırılıb. Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Məlumatda bildirilib ki, əlavə məlumat veriləcək.