Ötən gün Yasamal rayonu kənar dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub.
Vüqar Məmmədovun idarə etdiyi "Toyota" markalı avtomobilin "Kamaz"a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü, Beyləqan rayon sakini İlhamə Kamranovadır. O, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyib.
RTV xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, dünən Kamranovanın məktəbdə dərsi olmayıb. Hadisə nəticəsində sürücü Məmmədov, daha iki qadın sərnişin xəsarət alıb.