Bakıda qardaş qardaşı qətlə yetirdi - RTV

Paytaxt Bakının Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

Ötən gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən Qismət Teymurov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.