Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı - RTV

Bakıda 175 nömrəli tam orta ümumi təhsil məktəbinin 11-ci sinif şagirdi mayın 14-də pəncərədən yıxılıb. Bu barədə Azərbaycan Müəllimi nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalar başlanılıb. Həmçinin, məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbətlər aparılır.