Bakıda silahlı insident: Ölən var - RTV

Martın 26-sı axşam saatlarında Bakının Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib.

Hadisə zamanı Məmmədhüseyn Əmirovun atası, 1966-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində həlak olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Cavanşir Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.