BMT Dünya Şəhər Forumunun 13-cü sessiyası çərçivəsində "İnkişafın Yeni Əsri" adlı tədbir təşkil olunub. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Bakının Baş Planında prioritet olan məsələlər barədə media nümayəndələrinə məlumat verib.
"Bakının Baş Planı 2023-cü ildə qəbul olunmuş Baş Planı tam olaraq bütün müasir standartlara uyğundur. Baş Plana uyğun olaraq, Baş Planın qəbul edilməsindən sonra bir sıra dövlət proqramları qəbul olunub, o cümlədən nəqliyyat sahəsində nəqliyyat sahəsini tənzimləyən. Lakin biz başa düşməliyik ki, nəqliyyat burada sırf olaraq şəhərlə birlikdə balanslı şəkildə inkişaf etməlidir. Artıq 68 şəhərin Azərbaycanda Baş Planı hazırdır. Məqsədimiz odur ki, şəhərimiz ilk növbədə, onun sakinləri üçün rahat olsun. Avtomobillər üçün yox, ilk növbədə şəhərin sakinləri üçün. Və bunun üçün də təbiidir ki, daimi olaraq həm zolaqlar, yəni yaşıl mikromobilliyi zolaqları yaranacaq."
Həmçinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov Bakıda tramvayların nə zaman istifadəyə