Bakıda WUF-un sərgisi açıldı - RTV

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyası çərçivəsində Bakıda “Urban Expo” sərgisinin açılışı keçirilib.

Açılış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF-13-ün Milli Koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının İcraçı Direktoru Ana Klaudiya Rosbaks iştirak ediblər.

Bakı Olimpiya Stadionunda təşkil olunan sərgi təxminən 4 hektar ərazini əhatə edir. Miqyasına görə WUF tarixinin ən böyük sərgisi hesab olunan “Urban Expo”da dünyanın müxtəlif ölkələrindən 217 təşkilat iştirak edir. Sərgidə 66 ölkə milli pavilyonlarla təmsil olunur.