Bakıda yarım milyonluq fırıldaq - Həbs edilən var - RTV

Bakının Xəzər rayonu ərazisində daşınmaz əmlakın sənədləşdirilməsi vədi ilə vətəndaşın 21 min 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən və törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Elxan Abbasov eyni üsulla daha doqquz zərərçəkənin etibarından sui-istifadə edərək, onları ümumilikdə 500 min manata yaxın maddi ziyana uğradıb. Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin "dələduzluq" maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.